Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Ağdamlı, özü isə Mingəçevirli-16 noyabr 2021-ci il Şəhidi, ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı Elmin Samir oğlu Əlizadənin Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-18 mart 2025-ci il tarixində, səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə-valideynləri Aynur xanıma və atası Samir Əliyevə Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin anasının göz yaşları içində dediklərindən:
“Deyirlər, soruşurlar ki, tort hazırlatdırmısan?…Tortu kim kəsəcək, axı?! Balamdan sonra tort hazırlatdırmaram, tort kəsmərəm, stola tort qoymaram…Onsuz tortu neynirəm mən!…”
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin “QRES” qəsəbəsində yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az