Tsereteli: Münaqişələrdən daha çox xalqlar əziyyət çəkir
Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür.
Etikxeber.az-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransında deyib.
O, Azərbaycanın bu yöndə səylərini dəstəklədiklərini bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır.
G. Tseretelinin dediyinə görə, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır.
“Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür”-deyə, o, sözlərinə əlavə edib.
K. HƏMZƏOĞLU
Etikxeber.az