Diananın “Eurovision-2017″nin finaldakı çıxışı coşqu ilə qarşılandı- YENİLƏNİB (1)

Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə,  Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.

Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

***

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousuna start verilib.

Azərbaycanı “Sceletons” mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

***

Azərbaycan təmsilçisi Diana Hacıyeva “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində 12-ci sırada çıxış edib.

D.Hacıyeva “Skeletons” mahnısı ilə pərəstişkarlarını sevindirib. Azərbaycan təmsilçisinin çıxışı zalda coşqu ilə qarşılanıb.

Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir.

Etikxeber.az

Read Previous

İlham Əliyev qalib idmançılara medalları təqdim etdi – FOTOLAR

Read Next

Azərbaycan kişi voleybolçuları Türkiyə komandasına qalib gəlib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir