Dibala “Yuventus” klubu ilə beşillik müqavilə-İMZALAYACAQ

İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beşillik yeni müqavilə imzalayacaq.

Bu barədə “Football Italia” portalı məlumat yayıb.

Etikxeber.az xəbər verir ki, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən hücumçunun məvacibi də artırılacaq. Hazırda argentinalı futbolçu 2022-ci ilədək nəzərdə tutulan müqaviləsinə görə ildə 7,5 milyon avro alır.

Bu mövsüm 26 yaşlı futbolçu “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2015-ci ildən Turin klubunda oynayan P.Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib.

Etikxeber.az

Read Previous

“Bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artırılmasına ehtiyac var”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Öz övladını yaramaz yola vadar edən və ya buna imkan yaradan valideynlər barədə inzibati cəza tədbirləri sərtləşdirilməlidir”-MM-İN KOMİTƏ SƏDRİNDƏN TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir