“Digər enerji mənbələrinin bahalaşması da zaman məsələsidir…”-PƏNAH HÜSEYNDƏN QİYMƏT ARTIMINA ETİRAZ

Hökumətin (Tarif Şurasının) Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 11 faiz bahalaşdırması bütün sahalərdə bahalaşmaya səbəb olmaqla, həm iqtisadi tarazlığa həm əhalinin yaşam səviyəsinə, həm də manat məzənəsinin düşəcəyinin anonsu olmaqla maliyyə sabitliyinə, ümumi sosial- psixoloji övqata sistem xarakterli zərbədir.

Etikxeber.az xəbər verir ki, bunu eks-deputat, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

“Keçən məlumatlardan görünür ki, digər enerji mənbələrinin bahalaşması da zaman məsələsidir. SOCAR-ın pərakəndə satış qiymətinə nə aidiyəti var ki, təklif onun adından təqdim olunur?! Hamıya aydındır ki, təklif hökumətdən gəlib. Qərarın əsaslandırma hissəsi heç bir tənqidi-təhlilə layiq belə deyil və insanları ələ salmaq təsiri bağışlayır. AXP olaraq bu qərarı pisləyir, ona yenidən baxılıb ləğv edilməsini, yaxın 3 il üçün enerji məhsullarına pərakəndə satış qiymətlərinin stabilliyinin saxlanması haqqında qərar qəbul edilməsini məqsədəuyğun hesab edirik”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Qarabağ-Azərbaycan naminə – DİRÇƏLİŞ!-JALƏ ƏLİYEVA PREZİDENTİN SON FƏRMAN VƏ SƏRƏNCAMINDAN YAZDI

Read Next

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir