“Digər məmurlar kimi icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir”-MİLLƏT VƏKİLİ

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yüksək inkişaf dövrünü yaşayır. Ötən illər ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib. Dövlət başçısının son illər ərzində həyata keçirdiyi islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, həyata keçirilən islahatlar bütün sahələri edir və bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır.

Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir. Peşəkar kadrların olduğu yerdə hər zaman tərəqqi müşahidə olunur.

Millət vəkilinin sözlərinə görə, öz vəzifəsini layiqincə yerinə yetirməyən, korrupsiyaya qurşanmış məmurlar var və onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunurlar:

“Bu sıraya bəzi rayonların icra başçıları, eləcə də müxtəlif qurumların rəhbər şəxsləri daxildir. Cənab Prezident hər zaman bəyan edir ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Dövlətimizin başçısı Cəlilabad və Şəmkir rayonlarına yeni təyin olunmuş icra başçılarını qəbul edərkən bir daha məmurlara xəbərdarlıq etdi. Bu xəbərdarlıq ondan ibarətdir ki, məmurlar öz vəziflərini layiqincə yetirməli, insanların qayğıları ilə məşğul olmalı, qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Əks halda, bundan sonra da lazımı cəza təbdirlər görüləcək”.

Fatma Yıldırım söyləyib ki, bütün vəzifəli şəxslər öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara layiqli xidmət göstərməlidir:

“Prezident İlham Əliyev çıxışlarında ölkəmizdəki inkişaf göstəriciləri ilə yanaşı nöqsanları da açıq-aşkar bildirir və çıxış yollarını göstərir. Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri də vacib amildir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar. Dövlət başçısı bəyan edib ki, etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını vəzifəyə təyin edərkən cənab Prezident onlara tövsiyə və tapşırıqlarını verir. Digər məmurlar kimi icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir.

Biz bir sıra hallarda görür ki, həm icra başçıları, həm də müxtəlif qurumlara rəhbərlik edən məmurlar yeni vəzifəyə təyin olunan kimi peşəkar kadrları işdən azad edir, özünə yaxın olan, lakin mütəxəssis olmayan şəxsləri vəzifəyə təyin edir. Belə hallar heç də yaxşı deyil və insanlarda narazılıq yaradır. Çünki məhz peşəkar kadrlar müvafiq sahənin inkişafında öz sözünü deyir. Bir sözlə, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu amil məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinin reallığı çevrildiyini sübut edir”.

Etikxeber.az

Read Previous

Daha 1770 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Read Next

“İkinci Vətən Müharibəsində iki dəfə yaralanmış, Şuşa fatehlərindən biri olmuş və Şəhid kimi dəfn olunmuş XTQ kəşfiyyatçısı oğlumuzun Şəhidlik Haqqı niyə tanınmır? 8 aydır onun Şəhidliyi niyə, nədən, hansı səbəbə təsdiqlənmir?”-XTQ-ÇI KAMİL ŞAMİL OĞLU MƏMMƏDOVUN ANASI VƏ BİBİSİ FƏRYAD QOPARDI, HAQSIZLIĞA ÜSYAN ETDİ, ÖLKƏ RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ VƏ ONLARDAN İMDAD DİLƏDİLƏR… – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir