“Dil polisi” təklifini verəndə bəziləri buna opponentlik etdilər ki…” – JALƏ ƏLİYEVA

Millət vəkilləri orfoqrafiya lüğətinin dəyişdirilməsini  təklif edirlər.

Etikxeber.az xəbər verir ki, bu təklifi Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin ilk iclasında adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov və sədr müavini, professor Jalə Əliyeva dilə gətiriblər.
rafael-nasimi
R. Hüseynov ilk öncə dərsliklərdə, kitablarda orfoqrafik səhvlərin, xətaların baş alıb getdiyini bildirib:
“Bu gün bu məsələdə ciddi qüsurlar, nöqsanlar var. Dərsliklərimizdə, kitablarımızda orfoqrafik səhvlər yetərincədir. Bu da səbəbsiz deyil. Çünki orfoqrafiya lüğəti 15-20 ildənbir dəyişdirilir. Bu, düzgün deyil. Məsələn, son illər qədər hamımız “şer” deyir, “şer” yazırdıq. Ancaq indi “şer” sözünü “seir” kimi yazmaq məcburiyyətindəyik ki, bu da düzgün deyil. Yəni, mövcud orfoqrafiya lüğətində “şeir” yazıldığı üçün biz də bu cür yazmalı oluruq. Ancaq bu, belə olmamalıdır. Bu baxımdan hesab edirəm ki, orfoqrafiya lüğəti 15-20 ildənbir deyil, 4-5 ildənbir dəyişdirilməlidir. Mən bunu payız sessiyasının ilk plenar iclasında da səsləndirəcəyəm”.
Bu məsələdə komitə sədrinə dəstək sədr müavini J. Əliyevadan gəlib.
O da həmkarı kimi orfoqrafiya lüğətinin dəyişdirilməsi və təkmilləşdirilməsini vacib sayıb.
“Çünki bu məsələdə ciddi xətalar var. Vaxtilə biz “dil polisi” məsələsini təklif edəndə bəziləri buna opponentlik etdilər. Bizə opponentlik edənlər bunu başqa səmtə yozmağa çalışdılar. Ancaq zaman özü göstərdi ki, biz bu təklifimizdə necə də haqlıymışıq…”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Ortaq türk tarixinə işıq tutan ekspedisiya reallaşdırıldı – FOTO

Read Next

“Prezidentin iradəsi və Azərbaycan xalqının qətiyyəti buna imkan verməyəcək…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir