Dilçilik İnstitutu teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq

AMEA Nəsimi adına Dilçilik İnstitutu ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.

O, bildirib ki, monitorinqlər 1-30 noyabr tarixlərində aparılacaq, monitorinqin nəticələri dekabrın əvvəllərində elan olunacaq.

Şöbə müdirinin sözlərinə görə, monitorinqlər mütəmadi aparılacaq, İTV, ATV, “Space”, “Xəzər” və “Lider” telekanallarını əhatə edəcək. S. Əliyeva əlavə edib ki, AzTV və ARB televiziya kanallarında yayımlanan proqramların monitorinqinin ayrıca aparılması planlaşdırılır.

S. Əliyeva qeyd edib ki, monitorinqlərdə Milli Televiziya və Radio Şurasının mütəxəssisləri iştirak etməyəcək.

Etikxeber.az

Read Previous

İlk dəfə bir azərbaycanlı Məclis Parlamentinə, 5 azərbaycanlı vilayət və şəhər məslixatına deputat mandatı əldə edib – SƏFİR

Read Next

Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq – Rodriqo Maya – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir