“Dilin ümumi inkişafına zərər yetirən əlamətlər aradan qaldırılmalıdır” – AKADEMİK – FOTO

Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməli, bu sahədə əldə olunan nailiyyətləri “Vikipediya”da geniş təbliğ etməliyik.

Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov söyləyib.

R.Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması və dünya elminə inteqrasiya baxımından Avropa, həmçinin ərəb və fars dillərini mükəmməl bilməyin zəruriliyini qeyd edib.

Bildirilib ki, dünya humanitar elminə ineqrasiya olunmaq üçün ölkədə mütəmadi konfranslar təşkil etməli, xarici alim və mütəxəssislərlə təcrübə mübadiləsi aparılmalıdır.

raf-rafa

Akademik Azərbaycan dilinin orfoqrafiya lüğətinə edilən dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb. Qeyd edib ki, yeni dəyişikliklərlə bağlı ölkə ictimaiyyətinin fikri öyrənilməli, müvafiq sahə üzrə alim və mütəxəssislərin irad və təklifləri nəzərə alınmalı, son nəticədə mükəmməl lüğət ortaya qoyulmalıdır: “Dilin ümumi inkişafına zərər yetirən əlamətlər aradan qaldırılmalı, bu istiqamətdə birgə fəaliyyət göstərilməlidir”.

Akademik həmçinin Azərbaycanda muğam sənətini öyrənməyin son dərəcə vacib olduğunu, bu istiqamətdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərən muğamşünaslıq şöbəsinin qarşısında ciddi vəzifələrin dayandığını bildirib.

“Muğam bizim milli sərvətimizdir” – deyən R.Hüseynov bu sənətin incəliklərinin dərindən öyrənilməsi üçün musiqi savadının olmasının və qədim mənbələrin araşdırılmasının əhəmiyyətini qeyd edib.

Etikxeber.az

Read Previous

Sosial şəbəkələrlə bağlı təklif hazırlamalıyıq – MƏZAHİR PƏNAHOV

Read Next

“Qarşmızda hər birimiz üçün vacib bir çox məslələr var ki…” – MİLLƏT VƏKİLLƏRİ YAP-IN QƏRARI HAQDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir