DİN: 9 mağazadan satışına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülüb

Sumqayıt şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülüb.

Hadisə ilə bağlı Etikxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd “DVD” disklər aşkar edilərək götürülüb.

Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.

Etikxeber.az

Read Previous

Xaçmaz sakini bıçaqlandı

Read Next

“İŞİD-in Avropada 60-80 yaraqlısı var” – Hollandiyanın terrorla mübarizə üzrə milli koordinatoru

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir