DİN Mingəçevirdə 6 piyadanın vurulması ilə nəticələnən qəza haqda-MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Öhdəsində azyaşlı bir və bir neçə uşağı olan ana necə etsin? Bu uşaqları hara qoysun?”- PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN VACİB TƏKLİF, OPERATİV QƏRARGAHA SƏSLƏNİŞ – VİDEO

Read Next

“Belə isti havada, üstəlik karantin şəraitində bu cür problem yolverilməzdir!”-DEPUTAT AİDİYYATI QURUMLARA SƏSLƏNDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir