Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 87 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 46 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər tutulub.
Etikxeber.az