DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara-XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Etikxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur:

“Saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur”.

“Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin”,- məlumatda qeyd edilib.

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu idi…Oktyabrın 10-da Şəhid oldu, nəşi 15 gündən sonra Əbədiyyətə uğurlandı – İki qardaşdan biri, ali təhsilli, XTQ-nin Əsgəriydi…Tuğda Şəhadətə qovuşdu, 3 gün sonra İsmayıllıda torpağa tapşırıldı, özündən başqa iki qohumu da Şəhidlik məqamına ucaldı-MİNGƏÇEVİRLİ NİCAT İBİŞOV VƏ İSMAYILLILI AQİL MİRZƏLİYEVİN BU GÜN MÖVLUDLARIDIR – FOTOLAR

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir