“Din xadimləri sosial mediada fəal olmalıdır…” – SƏYYAD ARAN

Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır.

Etikxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Aran deyib.

“Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davamlı şəkildə apararaq, ölkəmizlə bağlı çirkin, bədxah niyyətlərini həyata keçirmək üçün çalışırlar. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, Azərbaycan əleyhinə çıxış edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından sui-istifadə edirlər.

Sosial şəbəkələr ölkələrdə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat məkanıdır. Bu da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır”-deyən S.Aranın sözlərinə görə, bu işdə din xadimlərinin üzərinə böyük vəzifə, məsuliyyətli iş düşür.

Din xadimlərini sosial mediada fəal olmağa, dövlətin din siyasətini dəstəkləməyə, eləcə də cəmiyyətdə baş verən hadisələrdə aktiv mövqe nümayiş etdirməyə çağıran S. Aran ölkəmizə yönəlik təhdidlərə qarşı mübarizədə sağlam əsaslar, milli, dini maraqlara xidmət müstəvisində fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, eyni zamanda  vurğulayıb ki, din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha səmərəli formada həyata keçirməlidirlər.

Etikxeber.az

Read Previous

Komitə sədri MDB PA-nın iclasına qatılacaq…

Read Next

Gündüz Məmmədov – UKRAYNA BAŞ PROKURONUNUN MÜAVİNİ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir