“Dinamo” klubunun futbolçusu silahlı hücuma məruz qaldı

Almaniyanın “Dinamo” (Drezden) komandasının futbolçusu Mark Vaxs silahlı hücuma məruz qalıb.

Etikxeber.az Bild qəzetinə istinadla xəbər verir ki, 21 yaşlı müdafiəçiyə naməlum şəxs Visbaden şəhərində odlu silahdan atəş açıb.

Nəticədə onunla birgə olan xalası ölüb, mərhumun əri və Vaxsın özü güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənlərin həyatının təhlükədə olmadığı bildirilir. Polis qatilin axtarışı istiqamətində əməliyyata başlayıb.

Etikxeber.az

Read Previous

Daha 4 əsgər şəhid olub

Read Next

Dövlət qurumlarında iş saatının dəyişməsi ilə bağlı təkliflər verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir