“Dinamo”-“Qəbələ” matçının hakimləri açıqlandı VƏ YA “ARSENAL”I NƏ QƏDƏR AZARKEŞ DƏSTƏKLƏYƏCƏK?

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan)-“Qəbələ” matçının hakimləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, avqustun 1-də keçiriləcək görüşü Finlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Petri Vilyanen olacaq.

Ona həmyerliləri Riku Vihreavuori və Mika Lamppu kömək edəcəklər. Görüşdə dördüncü hakimi funksiyasını Dennis Antamo yerinə yetirəcək. Cavab oyununda hakim-inspektor vəzifəsini Yens Larsen (Danimarka) icra edəcək. UEFA nümayəndəsi isə moldovalı Sergey Lisnik olacaq.

Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İyulun 25-də Qəbələ şəhər stadionundakı ilk oyunda komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.

Eyni zamanda, qeyd edək ki, “Arsenal”ın Avropa Liqasının ikinci təsnifat mərhələsinin Bakıda Azərbaycanın “Neftçi” klubu ilə cavab matçında Tula klubunu təqribən 50 azarkeş dəstəkləyəcək. 

Bu barədə isə TASS agentliyinə iyulun 29-da “Arsenal”ın mətbuat xidmətindən məlumat veriblər.

Xatırladaq ki, “Arsenal” ilə “Neftçi” klubları arasında birinci görüş iyulun 25-də Tulada keçirilib və 0:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək. Birinci görüşə Bakıdan “Neftçi”nin təqribən 300 azarkeşi gedib.

Mətbuat xidmətindən deyiblər: “Arsenal”ı Bakıda təqribən 50 azarkeş dəstəkləyəcək”.

Rusiya Premyer-Liqasının 2018/19-cu illər mövsümünün yekunlarına görə, “Arsenal” turnir cədvəlində altıncı yeri tutub və Avropa Liqasının ikinci seçim mərhələsində çıxış etmək hüququ qazanıb. “Neftçi” isə Azərbaycan çempionatında ikinci yeri tutub və turnirə birinci təsnifat mərhələsindən başlayıb.

O, bu mərhələdə Moldovanın “Speransa” klubu ilə keçirdiyi iki görüşün (6:0, 3:0) qalibi olub.

Etikxeber.az

Read Previous

“Beşiktaş”dan növbəti transfer – PEREYRA

Read Next

Həbsxanada 52 məhbus öldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir