“Dinc durmayan Ramiz Ənvəroviçdən tutmuş, dirilməyə çalışan Surət Hüseynovadək bir çoxları daha da artırır…”- ARİF HACILIDAN ÇAĞIRIŞ

Biz Prezident Aparatı (Administrasiyası) şöbə müdirinin qəbuluna getmədik. Təkəbbürə görə deyildi. Tanışlıq kimi təşkil olunduğu elan edilən görüşün sonra iqtidar-müxalifət dialoqu kimi təqdim olunacağını bildiyimiz üçün getmədik. İddia edilən islahatlar, həqiqi bir dialoq şəraiti isə çox vacibdir.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun sözlərinə, ölkə rəhbəti İlham Əliyevin dediyi kimi, bu məsələnin sonunun necə olacağını bilmək olmaz, vəziyyət pisləşməkdə davam edir.

“Koronavirusun yaratdığı təhlükələri, gözlənilən ağır iqtisadi böhran, dinc durmayan Ramiz Ənvəroviçdən tutmuş, dirilməyə çalışan Surət Hüseynovadək bir çoxları daha da artırır. Ağır qarşıdurmaları önləmək üçün sonra gec olmasın deyə dərhal ciddi işlər görülməlidir. Təklif edirəm: Tofiq Yaqublunun həbs müddəti ilə bağlı məhkəmə olacaq. Ona qarşı qurama işin istintaqına bir həftə də bəs edərdi. İki ay keçib. Buradan başlayaq. Tofiq Yaqublunu azad edin. Ardınca digər siyasi məhbusların azad edilməsi, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ölkənin böhrandan çıxması üçün Qarabağ problemi də daxil olmaqla bütün problemlərin müzakirəsinə başlayaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Onun yürütdüyü siyasət fiaskoya məhkumdur…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar…”-İLHAM ƏLİYEVDƏN PAŞİNYANA KƏSKİN CAVAB – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir