“Dini etiqad azadlığı haqqında” qanunla bağlı təkliflər müzakirə mərhələsindədir”-MÜBARİZ QURBANLI – (ÖZƏL) – FOTO

“Dini etiqad haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan təkliflər paketi hazırlanıb.

Bu haqda Etikxeber.az-a özəl açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” qanuna müəyyən dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etmişdir. Hazırda sözügedən təkliflər müzakirə mərhələsindədir“-deyə, M. Qurbanlı əlavə edib.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” mövcud qanun 1992-ci ildə qəbul olunub.

Ötən 28 ildə ona bir neçə dəfə əlavələr və dəyişikliklər olunub.

15:43

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Təhsil müəssisələrində maskadan istifadə məcburi olmayacaq-İDMAN ZALLARI, KİTABXANALAR İŞLƏMƏYƏCƏK, NƏZARƏT FUNKSİYASINI YERİNƏ YETİRƏN MƏSUL ŞƏXSLƏR OLACAQ – RƏSMİ

Read Next

“Sahə həkimləri ailə həkimini əvəz etmir…Ona görə bizdə ailə həkimi institutuna və bu yöndə ayrıca qanuna ehtiyac var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir