“Dini kəbinlərin heç bir hüquqi qüvvəsi yoxdur…” – SONA ƏLİYEVA

“Azərbaycan hüquqi dövlətdir və din dövlətdən ayrıdır. Düşünürəm ki, bu kimi təcrübənin ölkəmizdə reallaşa biləcəyi gözlənilmir”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Sona Əliyeva Türkiyədə müftilərə rəsmi nikah kəsmək hüququnun verilməsinə hazırlaşılması və bu praktikanın gələcəkdə Azərbaycanda da reallaşa bilməsinə münasibətinə bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə nikah  yalnız müvafiq icra hakimiyyəti tərəfindən nikaha daxil olanların yazılı razılığı olmaqla könüllü müraciətləri əsasında qeydə alınır və qeydə alındığı gündən hüquqi qüvvəyə minir.

“Dini kəbinlərin isə heç bir hüquqi qüvvəsi yoxdur. Həmçinin, rəsmi nikaha daxil olanların müəyyən prosedurları keçməsi ilə bağlı qanunvericilkdə müəyyən müddəalar öz əksini tapıb. Bütün bu  prosedurları,  keçdikdən sonra  rəsmi nikaha daxil olmaq mümkündür. O ki qaldı Türkiyədə belə bir qanun layihəsiinin hazırlanmasına, bəlkə də, əksinə, din xadimlərinin rəsmi nikah bağlaması orada əks effekt verə və erkən nikahların qarşısının alınmasına gətirib çıxara bilər. Çünki din adamları tərəfindən  RƏSMİ NİKAH qeydə  alınarsa, bu, qanuni müstəvidə tənzimlənməlidir.  Hər halda qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra bu haqda fikir bildirmək daha doğru olardı”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Müstəqil Azərbaycanımızın müstəqilliyi əbədi və dönməz olsun!” – ELDƏNİZ SƏLİMOV

Read Next

“Problemlərin azalması, təhlükəsizliyin tam təmin olunması da heç deyil…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir