Dini mərasimlər keçirilən heç bir məscidində insident qeydə alınmayıb – DİNİ KOMİTƏ

“Ölkənin dini mərasimlər keçirilən heç bir məscidində insident qeydə alınmayıb”.

Etikxeber.az məlumat verir ki, bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O,  qeyd edib ki, hansısa xırda hadisələr baş verə bilər. Lakin bu il aşura ilə bağlı tədbirlər tam qanun çərçivəsində, sakit şəraitdə keçirilib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqı bütün dini ayinlərə hörmətlə yanaşır:

“Bu, bizim xalqımızın yüksək mədəniyyət və intellekt sahibi olduğunu göstərir. Azərbaycanda bütün dini təriqətlərdən olan insanlar qanvermə aksiyasında iştirak edirlər. Bu, ölkəmizin dini tolerantlıq və multikultiralizm nümunəsidir”

Etikxeber.az

Read Previous

“Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb” – SƏFİR

Read Next

“Münasibətlərin inkişafı ilə bağlı heç bir problemli məsələ görmürük” – Rusiya rəsmisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir