“Dini xurafat ifadəsini qanuna əlavə etsək…” – MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Amaşov: Uşaqlara xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır 

Bəzi ailələrdə uşaqlara bilməyərəkdən, savadsızlıqdan, bəzən isə şüurlu şəkildə xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır. Bunlar özünü həm məktəbdə, həm də sonralar göstərir.

Oxu.Az xəbər verir ki, bunu Mətbuat Şurasının (AMŞ) sədri, millət vəkili Əflatun Amaşov “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun layihəsinə münasibətini bildirərkən  deyib.

Onun sözlərinə görə, əlamətdar haldır ki, indi artıq orta məktəblərdə “Həyat bilgisi” dərsində şagirdlərə islam və digər dinlər haqqında məlumatları çatdırırlar.

“Onlara dinin mahiyyətini aşılayırlar. Yəni, əsl din nədir, əsl islam nədir?

Düşünürəm ki, biz həmin dini xurafat ifadəsini qanuna əlavə etsək, xurafata və dini radikalizmə qarşı daha əsaslı mübarizə apara bilərik.

İkinci məsələ Ekspert Şurası ilə bağlıdır. Layihədə göstərilir ki, informasiya məhsullarının yaşa görə təsnifatlandırılması ekspertlər tərəfindən həyata keçirilir. Ekspert rəyindən narazı qalan informasiya məhsulunun istehsalçısı və ya yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı Ekspert Şurasına şikayət verə bilər. Təklif edirəm ki, Ekspert Şurasının səlahiyyətləri tam olaraq bu qanunda əksini tapsın.

Onda Şura daha müstəqil olar.

Çünki onun çıxardığı qərarlar çox vacibdir.

Yoxsa günlərin birində informasiya məhsulunun istehsalçısının, yaxud yayıcısının təkidi ilə uşaqlarımız zərərli məlumatlarla hətta praym-taym vaxtında belə tanış olacaqlar”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Uşaqların boyuna nə qədər “Cırtdan”ın fokusundan baxmaq olar? – DEPUTATDAN İRAD

Read Next

“Hər gün 4-5 şəhid ailəsi zəng edir, qəbula gəlir ki…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir