“Diplomatik nokaut deyilən bir anlayış varsa, bu o olsun gərək…” – SAHİB ALIYEV

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi:

“Qarabağ Azərbaycandır və nida”!

Xatırladaq ki, Nikol Paşinyan o sözləri Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

soçi-2

“Verdi və Ermənistan baş nazirinin sözlərinin doğuradan da, sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı.

Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu o olsun gərək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu siyasətin ağır nəticələrini işğalçı ölkə özü çəkəcək…” – MİLLƏT VƏKİLİ

Read Next

“Döyüş davam edir!” – POLİTOLOQDAN LÜKSEMBURQDA YAŞANAN ERMƏNİ TƏXRİBATINA REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir