Diplomunu 83 ildən sonra əldə etdi- ÖZÜ DƏ 105 YAŞINDA – FOTO

ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voqt 1935-ci ildə ala bilmədiyi diplomunu 83 ildən sonra əldə edib.

Etikxeber.az sozcu.com.tr-yə istinadla xəbər verir ki, Bill Voqt İkinci Dünya və Koreya müharibələrində ABŞ donanmasında xidmət edib.

diplom

Sonra bir müddət Pentaqonda işləyib və oradan da təqaüdə çıxıb.

B.Voqt üçün San Dieqo Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrdən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.

105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtardığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib.

Etikxeber.az

Read Previous

Ayda evinə 500-600 manat gəlir gələn bir ailəni düşünün… – BAXIŞ

Read Next

SON VƏ ƏBƏDİ XAN – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir