Dmitri Razmukov – UKRAYNANIN 35 YAŞLI SPİKERİ

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədri seçilib.

Etikxeber.az xəbər verir ki, Dmitri Razumkov böyük səs çoxluğu ilə Ukrayna parlamentinin sədri seçilib.

D.Razumkov səsvermədən öncə çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək.

Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb.

Qeyd edək ki, 35 yaşlı D.Razumkov hakim “Xalqın xidmətçisi” partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.

Etikxeber.az

Read Previous

“Buna görə dövrün sərt cəzalarını çəkmək aqibətini yaşamışdılar” – AMAŞOVDAN TƏBRİK

Read Next

Tanınmış yurnalisti döyən şəxs barəsində – HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir