Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşmışdım. Qələbə qazanacağıma inanırdım. Göygöl rayonunda təlim-məşq toplanışında iştirak etmişdim. Rəqiblərimin potensialını yaxşı təhlil edib, onların potensialına bələd olmuşdum. Məhz bunun sayəsində rəqiblərimə çətinlik çəkmədən qalib gəldim. Təkcə belaruslu idmançı Maksim Stupakeviç ilə görüş gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim.
Etikxeber.az xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında yunan-Roma güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan güləşçisi Qurban Qurbanov (48 kq) deyib.
Güləşçi bildirib ki, doğma divarlar arasında mübarizə aparmaq çətindir:
“Çünki xalqın, tamaşaçıların inamını, ümidini doğrultmaq böyük məsuliyyət tələb edir. Bu inamı doğrultduğum üçün çox məmnunam. Bu qələbədə pay sahibi olan hər kəsə minnətdaram”.
Etikxeber.az