“Doğma divarlar arasında mübarizə aparmaq çətindir” – QIZIL MEDALÇI

Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşmışdım. Qələbə qazanacağıma inanırdım. Göygöl rayonunda təlim-məşq toplanışında iştirak etmişdim. Rəqiblərimin potensialını yaxşı təhlil edib, onların potensialına bələd olmuşdum. Məhz bunun sayəsində rəqiblərimə çətinlik çəkmədən qalib gəldim. Təkcə belaruslu idmançı Maksim Stupakeviç ilə görüş gərgin keçdi. Buna baxmayaraq, qalib gəldim.

Etikxeber.az xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında yunan-Roma güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan güləşçisi Qurban Qurbanov (48 kq) deyib.

Güləşçi bildirib ki, doğma divarlar arasında mübarizə aparmaq çətindir:

“Çünki xalqın, tamaşaçıların inamını, ümidini doğrultmaq böyük məsuliyyət tələb edir. Bu inamı doğrultduğum üçün çox məmnunam. Bu qələbədə pay sahibi olan hər kəsə minnətdaram”.

Etikxeber.az

Read Previous

“Kadr islahatları aparılacaq” – PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Avropa Gənclər Yay Olimpiya Festivalı – AZƏRBAYCAN LİDERLİK EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir