Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətən torpaqları üzərində rahatlıqla, şəstlə, qürurla gəzməyə Haqqı olan İgidlərimizdən, Qəhrəmanlarımızdan biri də 9 ilin Əfsanəvi Xüsusi Təyinatlısı Sadiq Əhliman oğlu Məhərrəmovdur…
Əslən Qubadlılı-Aşağı Mollulu, özü isə Ağdam doğumlu olan və hazırda Bərdədə yaşayan Vətən sevdalısı Sadiq Əhliman oğlu…
Üçüncü qrup müharibə-Qarabağ əlili, Qazi Sadiq Məhərrəmov…
Sadiq Məhərrəmov 1993-cü ilin aprel ayının 8-də Ağdam rayonunun Şotlanlı kəndində dünyaya gəlib…
Ailənin iki oğlan övladından biri, evin sonbeşiyidir…
Dünya gəlməsindən az sonra-elə 1993-cü ilin aprelində kəndləri erməni quldurları tərəfindən işğal olunub…
Və həmin vaxtdan məcburi köçkünlük həyatı yaşayıblar…
1999-2010-cu illərdə Ağdam rayon 87 saylı köçkün məktəbində təhsil alıb…
2011-2013-cü illərdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (keçmiş “Nasosnı”) yerləşən “N” saylı hərbi hissədə xidmət edib…
Və Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb…
2013-2020-ci illərdə Daxili Qoşunların, İkinci Vətən Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarından olub…
İkinci Vətən Müharibəsinin iştirakçılarındandır…
2022-ci ilin sentyabrında “Qisas” əməliyyatı zamanı Kəlbəcər istiqamətində qəhrəmanlıqlara imza atıb, ağır kəllə-beyin travması alıb…
Və “Qisas” əməliyyatından az sonra Ordudan təxris olunub…
O, həm də 2015-ci ildə ailə həyatı qurub…
Hazırda 8 və 5 yaşlı iki qız atasıdır…
Qızlarının adı isə Rüqəyya ilə Xədicədir…
Ondan iki yaş böyük və iki övlad atası qardaşı da hazırda hərbi polisdir…
Sadiq 2023-cü ilin yayından səhhəti ilə əlaqədar 3-cü qrup əllik dərəcəsi (iki illik) alıb…
Hazırda heç bir yerdə işləmir…
Ötən müddətdə “Vətən müharibəsi iştirakçısı” medalından savayı heç bir medal və ordenlə təltif olunmayıb…
Hansı ki, orden də, medal(lar) da Onun halal Haqqıdır və Haqqını da almalıdır.
Son iki ildə bir çox haqsızlıq və ədalətsizliklərlə üzləşən Qazimiz hələ də “kəşfiyyat pulu”nu ala bilməyib…
Evlə, məzillə də təmin olunmayıb…
Çünki təvazökarlğından, qürurundan heç kimə ağız açmayıb ötən müddətdə…
***
Onu da qeyd edim ki, Sadiqlə bir müddət öncə tanış olmuşam keçmiş Əfsanəvi Xüsusi Təyinatlılar Pərvin Hüseynov və Tural Əliyevin sayəsində…
Və Onunla tanışlığımızdan da ilk gündən məmnun və razı qalmışam…
Çünki sadə, səmimi, etdiklərini dilə gətirməyən əsl Vətən oğlu, əsl Vətən sevdalısıdır.
***
Sadiqin bu gün həm də doğum günüdür…
Vətən sevdalımızın bu gün 31 yaşı tamam olur…
Bu əlamətdar, özəl və gözəl günü, doğum günü ilə bağlı Vətən sevdalısı Sadiq Məhərrəmovu təbrik edir, Ona can sağlığı, uzun ömür, şəxsi və ailə həyatında uğurlar, nailiyyətlər arzulayıram!
Doğum günü mübarək olsun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az