Dollar sabit qalıb, avro isə nisbətən ucuzlaşıb-MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) 12 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Etikxeber.az-a verilən məlumata görə, dekabrın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,64% zəifləyərək 1,8369 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,82% bahalaşaraq 0,0280 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,64% zəifləyərək 0,4967 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1936 manatdır. Beləliklə, funt sterlinqin 0,03%-lik bahalaşması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,49% ucuzlaşaraq 0,6723 manat olub.

Etikxeber.az

Read Previous

Prezident Sisiyə üzüntüsünü ifadə etdi: “Terrorizmə qarşı kəskin şəkildə mübarizəni zəruri hesab edirik”

Read Next

Taekvandoçularımız komandalararası dünya çempionatında yarımfinala yüksəldi- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir