Dostu və xalası oğlu da İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-İLKİN SƏFAİL OĞLU VƏLİYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Bu gün Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Səfail oğlu Vəliyevin Anım Günüdür.

Bu gün Onun Şəhidliyindən, torpağa tapşırılmasından bir il keçir.

Bir il öncə-bu gün, 26 oktyabr tarixində nəşi Qızılhaclı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, İlkin Vəliyev 1996-cı ilin mayın 18-də Qızılhacılıda sadə bir ailədə anadan olub.

Anasını vaxtsız itirən İlkinin atası Səfail Vəliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının, əfsanəvi Goranboy batalyonunun döyüşçülərindən olub.

İlkin 24 yaşında, oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Qeyd edək ki, İlkin xalası oğlu Nofəl Xaliq oğlu Nuriyev də İkinci Vətən Müharibəsi Şəhidlərindəndir.

Nofəl 2020-ci ilin senyabrında Şəhid olub, oktyabrın 10-da isə nəşi torpağa tapşırılıb.

Eyni zamanda, İlkinin yaxın dostu və sinif yoldaşı, Şəhid ailəsindən olan Kənan Ələkbərli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir.

Kənan isə oktyabrın 11-də Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Nofəl ailəli, 3 uşaq atası, Kənan nişanlı, İlkin isə subay olub.

***

Anım Günü ilə bağlı bu gün İlkin Vəliyevin məzarı ailə üzvləri və Qızılhacılılı Şəhid ailələri tərəfindən ziyarət olunub.

Ruhuna dualar oxunub.

Sonra ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib.

Nur icində yatsın, məkanı cənnətlik olsun!

Etikxeber.az

Read Previous

“Ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür”-ƏLİ NAĞIYEVDƏN XƏBƏRDARLIQ

Read Next

Daha 2266 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir