“Dövlət başçısının da dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır və mütləq bərpa olunacaq…”- MİLLƏT VƏKİLİ

Dünyanı başına götürmüş koronavirus pandemiyası şəraitində, dövründə belə Azərbaycan dövləti uğurlara imza atmaqda davam edir. Hər gün yeni müəssisələrin, uşaq bağçalarının, xəstəxanların və digər vacib obyektlərin açılışları olur, gerçəkləşdirilir. Cəmi iki-üç gün öncə ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya səfəri zamanı bir daha bunların şahidi olduq. Dünən, müqəddəs istiqlalımızın 102-ci ildönümündə isə ölkə rəhbərinin və Birinci xanımın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı oldu. Qeyd edim ki, bütün bu yaşayış komplekslərinin inşası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib.

Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. Həmçinin, bu ərazidə özəl şirkətlər tərəfindən daha 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq. Hesab edirəm ki, bunlar Azərbaycan dövlətinin inkişafının, qüdrətinin təcəssümü, həmçinin, insanpərvərliyin, xeyirxahlığın ən böyük nümunəsidir. Bunlar Azərbaycan dövlətinin, ölkə Prezidenti və Birinci vitse-prezidentin ölkə vətəndaşlarına diqqət və qayğısının növbəti əyani sübutu, daim öz insanının, xüsusilə, ən həssas təbəqə olan, öz yurd yerlərindən zorla digərgin, köçkün salınmış insanların yanında olmasının, onlarla birgə nəfəs almasının göstəricisidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bunlara görə həm Azərbaycan dövlətinə, həm dövlət başçısına, həm də onun ən yaxın sirdaşı olan Birinci vitse-prezident Mehriban xanıma sonsuz və dərin minnətdarlıq düşür. Bu işlərin memarı, yaradıcısı onlardır. Allah onları, dövlətimizi qorusun”-deyən millət vəkili onu da qeyd edib ki, açılış zamanı dövlət başçısı çox geniş və məzmunlu nitq söyləyib.

“Dövlət başçısının nitqində ölkəmizdə və dünyamızda baş verənlərə geniş toxunuldu, qiymətli fikirlər səsləndirildi. Eyni zamanda, ən başlıca və bir saylı problemimiz olan Qarabağ məsələsinə bir daha toxunularaq, Azərbaycan bu məsələdə qətiyyətli və barışmaz olduğu vurğulandı. Qeyd edildi ki, Qarabağ məsələsinin həlli, Azərbaycanın hərbi qüdrətinin artırılması üçün ordu quruculuğu həmişə ön plandadır.

“Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur”-deyə, sözlərinə davam edən dövlət başçısı həmçinin bildirdi ki, bundan başqa variant ola bilməz.

Yəni, məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. İnanırıq və tam əminik ki, məhz belə də olacaq. Çıxışı zamanı dövlət başçısımız eyni zamanda, bəzi daxili qüvvələrin antiAzərbaycan fəaliyyətinə də toxundu. Xüsusilə, Azərbaycan torpaqlarının işğalında böyük məsuliyyət payı olan keçmiş Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti üzvlərindən bəzilərinin hələ də öz çirkin əməllərindən əl çəkmədiklərini dilə gətirdi və bildirdi ki, “bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı”.

Bəli, 27 il öncə, elə bu ərəfələrdə Azərbaycan xalqı həmin qüvvələrlə birdəfəlik vidalaşdı, onları tarixin kif basmış arxivlərinə atdı. Amma görünür ki, bu, bəzilərinə dərs, ibrət olmadı, yenə də xaricdəki antiAzərbaycan dairələrlə birləşərək, öz fitnə-fəsadlarından əl çəkmək fikrində dedyillər. Amma bilsinlər və unutmasınlar ki, heç nə alınmayacaq, yenə də xalqın nifrəti, qəzəbi ilə qarşılanır və qarşılancaqlar, yenə də yerləri tarixin zibilliyi olacaq. Artıq onların dövranı, zəmanəsi geridə qalıb”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

10:22

Etikxeber.az


Read Previous

“Evimizdə bir kor erməni yaşayırdı və qonaq otağında-divarda nənəmin anasının toxuduğu bir xalça var idi…”-MUSA QULİYEV 18 İLDƏN SONRA İŞĞALDA OLAN ATA OCAĞINA GETMƏSİNDƏN DANIŞDI VƏ…

Read Next

“Ölkəmizin Qarabağ, torpaq məsələsində qətiyyətli, birmənalı, dəyiməz mövqeyi bir daha ortaya qoyuldu”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir