“Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”-ƏLİ HÜSEYNLİ

Prezident İlham Əliyev ötən gün AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə ilə bağlı problemləri yada saldı.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı I Vitse-spiker Əli Hüseynli deyib. 

Ə. Hüseynli bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib.

“Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri daşıyırdı, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı. Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetləri güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər ölkə başçısının bu çıxışını bir sıra mətbuat nümayəndələri də düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“90-cı illərdə Azərbaycana xarici hərbi birləşmələrin yerləşdirirlməsinə kim qarşı olub?”-ZAHİD ORUC

Read Next

Sosial şəbəkələr bəzi deputatların-HƏDƏFİNDƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir