Dövlət büdcəsinə dəyişikliklər məsələsinə-NƏ VAXT BAXILACAĞI MƏLUM OLDU, SPİKER SƏRƏNCAM İMZALADI, DEPUTATLAR YENİDƏN PARLAMENTƏ DÖNƏCƏKLƏR – YENİLƏNİB – (1)

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezidentin Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidənbaxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə hökumətə təqdim olunub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mətbuata Maliyyə Nazirliyindən (MN) məlumat verilib.

Məlumata görə, bununla yanaşı, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVİD-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

Etikxeber.az olaraq, qeyd edək ki, dövlət büdcəsinə dəyişikliklər edilməsi məsələsinə Milli Məclisdə (MM) baxılmalıdır.

Bu baxımdan da, yaxın zamanlarda (gələn həftə) MM-in növbədənkənar iclası keçirilə bilər.

Bunu bəzi millət vəkilləri də istisna etməyib, hətta, qanun layihəsinin də MM-ə daxil olduğu qeyd edilir.

Bununla belə, MM-dən hələlik bu barədə heç bir rəsmi məlumat verilməyib.

16:35, 30 iyul

***

MM-in yenidən növbədənkənar sessiyası (iclası) keçirəcək.  Sessiya (iclas) üç gün davam edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən mediaya verilən məlumata görə, ilk iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir.

Daha sonra ayın 6 və 7-də də iclaslar davam etdiriləcək.

İclasın gündəliyinə 6 məsələnin daxil edildiyi bildirilir. Bunlar aşağıdakılardı:

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş):

 2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş). 

Xatırladaq ki, millət vəkilləri iyulun 15-dən etibarən rəsmən məzuniyyətdə-yay tətilindədirlər.

Bu baxımdan, onlar yay tətillərinə müvəqqəti ara verərək, işə-MM-ə dönməli olacaqlar.

15:55

***

Parlamentdən saytımıza daxil olan son məlumata görə isə Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, avqustun 4-dən etibarən MM-in növbədənkənar sessiyası çağırılır.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Etikxeber.az

Read Previous

“Son günlər ABŞ-da yaşananlar “demokratiya keşikçiləri”nin əsl simasını ortaya qoydu…Öz gözlərində tiri görməyib, başqalarında tük axtaranların antiinsani yanaşması və əsl siması…”-DEPUTATDAN “DEMOKRATİYA CARÇILARI”NA DEMOKRATİYA DƏRSİ

Read Next

“Düşündük ki, bu şəkildə daha çox ailəni sevindirər, daha çox ailənin bayramını təbrik etmiş olarıq…Beləcə, rayonumuzda 100 ailəyə bayram payı göndərdik…”- MİLLƏT VƏKİLİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir