Dövlət Gömrük Komitəsinin sədri də Balakəndə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədə yaşayan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-08-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Etikxeber.az

 

Read Previous

Statistika Komitəsi : 11 milyon ton yük, 1410,3 min sərnişin daşınıb

Read Next

İlham Əliyev: ” Qoşulmama Hərəkatı Qarabağ münaqişəsi ilə bağlı həmişə birmənalı mövqe göstərir “

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir