“Dövlət, ölkə, xalq olaraq bu yaranı da birlikdə sarıyacağıq, bu zərbənin də öhdəsindən gələcəyik”-JALƏ ƏLİYEVA

Bu gün can Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı çox sarsıtdı. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri cənab Şamil Ayırıma, Türkiyənin Azərbaycandakı Səfiri cənab Cahit Bağcıya, Türkiyənin Azərbaycandaki sabiq səfiri cənab Hulusi Kılıça, TBMM üzvü xanım Tülay Kaynarcaya zəng edərək, bu dəhşətli hadisəylə bağlı üzüntülərimizi bildirdim, dərin hüzünlə baş sağlığı verdim.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili Jalə Əliyeva öz sosial şəbəkə hesabında yazıb.

“Dövlət, ölkə, xalq olaraq bu yaranı da birlikdə sarıyacağıq. Bu zərbənin də öhdəsindən gələcəyik. Allah zəlzələdə həyatını itirənlərə rəhmət etsin, yaralananlara şəfa versin!”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Daha 3 yeni-YOLUXMA…

Read Next

“Ermənistan sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etdi…”-NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir