“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik gələn ildən qüvvəyə minəcək

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.

Etikxeber.az xəbər verir ki, qanuna dəyişiklik  parlamentin fevralın 23-də keçirilən plenar iclasında müzakirə olunub.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, üç iş günü müddətində edildikdə 25 manat, bir iş günü  müddətində verildikdə isə 35 manat məbləğindədir.

Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədilə hazırlanıb.

Qanuna dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Hollandiya parlamentinə etiraz etməliyik – TAHİR KƏRİMLİ

Read Next

Çörək qədər ət də, süd də strateti məhsuldur – SPİKERDƏN DEPUTATA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir