Dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadəyə-NƏZARƏT SƏRTLƏŞDİRİLİR – NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nı və “Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nı təsdiq edib.

Etikxeber.az məlumat verir ki, qərara əsasən, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı bir ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

O cümlədən Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat kağız və elektron daşıyıcılarda layihə bitdikdən sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər Kabinetinə təqdim etməlidir.

Etikxeber.az

Read Previous

Xidmət yerini özbaşına tərk etmiş əsgər barəsində cinayət işi-BAŞLANDI

Read Next

Düz bir il keçdi Şəhid atası və Şəhid əmisinin Cənnətinə qovuşan Cənnət qoxulu İncinin dünyadan küsməsindən…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir