“Dövlətimiz də, polisimiz də bizim sağlamlığımızı, özümüzü bu bəladan qorumağımızı istəyir, düşünür… Bundan yaxşı nə ola bilər ki?!”-TAHİR RZAYEV İCRA BAŞÇISINI VƏ ONUN OĞLUNU MÜDAFİƏ ETDİ…

Mən dövlətimin, gecə-gündüz bilmədən bizim keşiyimizi çəkən, təhlükəsiz yaşayışımızı, ölkəmizin sabitliyini təmin edən polisimin tərəfindəyəm. Dövlətimiz də, polisimiz də deyir ki, koronavirus pandemiyası, bəlası ilə bağlı qaydalara, qərarlara, karantin şərtlərinə əməl edin, sağlamlığınızı qoruyun. İndi burada qəbahətli, mənfi emosiya doğyuracaq, qəzəb yaradacaq nəsə varmı? Dövlətimiz də, polisimiz də bizim sağlamlığımızı, özümüzü bu bəladan qorumağımızı istəyir, düşünür, buna çalışır. Bundan yaxşı nə ola bilər ki?!

Bunu Etikxeber.az-a açıqlamasında Ağcabədi rayonunu parlamentdə təmsil edən millət vəkili-Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Niyə hələ də bəzilərimiz bunu anlamaq, koronavirusun bəlasının nələrə qadir olduğunu və ola biləcəyini dərk etmək, məsuliyyətli olmaq istəmirik? 4 aydır dünyada, o cümlədən, ölkəmizdə baş verənlər doğrudanmı, gerçəkdənmi, bəzilərinə hələ də çatmır?”-deyən komitə sədrinin sözlərinə görə, ötən müddət ərzində dövlət də, polis də öz üzərinə düşən vəzifənil layiqncə yerinə yetirib və bundan sonra da yerinə yetirəcək.

“Bütün bunlardan, bu qədər işlərdən sonra məsuliyyətsizlik nümayiş etdirmək, sosial məsafəni gözləməmək, tibbi maskalardan istifadə etməmək, karantin qaydalarından yayınmaq, sosial şəbəkələri söyüş, böhtan, iftria məkanına, meydanına çevirmək, öz işini, vəzifəsini vicdanla yerinə yetirən polislərimizə mane olmaq, onları təxribata çəkmək, başlarına zibil, daş-kəsək tökmək, söymək, təhqir etmək hansı vicdandan və insanlıqdandır? Bunu edənlərin vicdanları, insanlıqları, qanunlara hörnətləri varmı? Heç kim dövlətlə dövlətçilik, hökumətlə hökumətlik, polislə polislik edə bilməz. Hər kəs özünü, davranışlarını qanunlara uyğun şəkildə qurmalı və aparmalıdır. Heç kimə ərköyünlüyə, məsuliyyətsizliyə, təxribatçılıq əməllərinə yol verməyə imkan verilə bilməz, verilməməlidir, verilmir və verilməyəcək. Heç kim özünü qanunlardan yuxarı görə və üstün saya bilməz. Hamı qanunlara tabedir”-deyə, T. Rzayev bildirib.

T. Rzayev eyni zamanda, Yeni Yasamalda həyata keçirilən məlum polis əməliyyatında vətəndaşın lüt şəkildə evindən aparılmasına göstəriş verən polis məmurunun Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynov olması və sosial şəbəkələrdə həmin şəxsin sərt ifadələrə məruz qalmasına münasibətini bildirib.

“Rafil müəllimi uzun illərdir tanıyıram. Onun bizim rayona icra başçısı göndərilməzdən çox-çox əvvələr tanıyıram. Çox gözəl insan, gözəl ailə başçısı, əla kadrdır. İstəmirəm ki, onun, eləcə də, övladının adı kimlərsə tərəfindən murdarcasına hallandırılsın. Rafil Hüseynovun oğlu olmasın, mənim oğlum olsun, ya da başqa birinin övladı olsun, neyləməlidir, durub polisləri təhqir edənlərə, başlarına zibil tökənlərə, daş-kəsək yağıdıranlara sakitcə baxmalıdır? Polis əmrə tabedir və əmri də, üzərinə düşən vəzifəsini də yerinə yetirir. Burada qeyri-adi və ajiotaja səbəb olacaq heç nə yoxdur. Həmin şəxs qaçıb gizlənməkdənsə, çıxardı qabağa, qapını da özü açardı və bu mənzərə də yaranmazdı…Axı, ona və digərlərinə kim haqq verib ki, öz vəzifəsini yerinə yetirən, insanların təhlükəsizliyinin keşiyində dayanan, insanların sağlamlığı üçün gecəsini-gündüzünə qatan polislərimizi təhqir etsin, başına zibil atsın? Kim verib onlara belə bir haqqı? Heç kim! Ona görə hesab edirəm ki, hər bir kəs addım atmazdan öncə onu ölçüb-biçməli, məsuliyyətini dərk etməli, qanunlara riayət etməli və əməllərinə də cavab verməldir”-deyə, T. Rzayev sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qadına və həyat yoldaşına “dovşan” deyən polis-İŞDƏN ÇIXARILDI, POLİSDƏN XARİC EDİLDİ – RƏSMİ – YENİLƏNİB

Read Next

Daha 315 yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir