“Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir”-EMİN HÜSEYNOV

Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir.

Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Qeyd edib ki, burada da çox önəmli iş yerləri yaradılacaq.

“Əslində bu kəndin Zəngilanın Ağalı kəndindən daha böyük olacağı gözlənilir. Son mərhələdə 1500–ə yaxın evdən ibarət kənddir. Layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan olunacaq. Biz cəmiyyəti bu barədə vaxtlı-vaxtında məlumatlandıracağıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sərsəng su anbarının idarəetməsi dərhal Azərbaycana təhvil verilməlidir”-ELŞAD MƏMMƏDLİ DAHA NƏLƏRİ AÇIQLADI?

Read Next

Quterreş Rusiya və Ukraynaya-SƏFƏR EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir