“Dövlət başçısı ilklər müəllifi kimi daha bir Tarix yazdı, daha bir ustad Dərsi keçdi…”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ ÖLKƏ PREZİDENTİNİN 4 SAATLIQ MƏTBUAT KONFRANSINI DƏYƏRLƏNDİRDİLƏR

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünən daha bir ilkə imza atdı…İlklər müəllifi kimi daha bir Tarix yazdı, daha bir Ustad Dərsi keçdi…Daha bir örnək nümunəsi oldu…4 saat ərzində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi…35-dən çox media qurumunun 50-dən çox sualını cavablandırdı…Özü də bir neçə-Azərbaycan, qardaş, doğma Türk dilində, o cümlədən, rus və ingilis dillərində…Bu məqamın, bu faktın özü xarici, əcnəbi media təmsilçilərini belə heyrətə gətirdi, onları yaxşı mənada təccübləndirdi…Bunu onların özləri də gizlətmədilər… Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb...Bəli, bu, bizim üçün, dövlətimiz, millətimiz üçün çox böyük uğur və uduşdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bu, fəxr və qürur hissidir…Fəxr duyur, iftixar hissi keçiririk ki, bizim belə bir rəhbərimiz, LİDERimiz var…Bu, heç də hər bir millətə və dövlətə nəsib, qismət olan bir xoşbəxtlik deyil…Biz xoşbəxt, şanslı xalqıq ki, taleyimizə, qismətimizə İlham Əliyev kimi, müdrik bir LİDER yazılıb. Allah Onu, Dövlətimizi, Millətimizi, Qalib, Müzəffər Əsgərimizi qorusun! Bəli, 4 saatlıq mətbuat konfransında demək olar ki, elə bir məsələ-həm ölkəmiz, bölgəmiz, həm də dünyamız üçün önəm daşıyan elə bir məqam qalmadı ki, ona toxunulmasın, ona münasibət bildirilməsin”-deyə, qeyd edən millət vəkilinin sözlərinə görə, hər bir suala verilən hər bir cavab da möhtəşəm və tarixi idi.

“Burada hər kəsə, dosta da, düşmənə də, əsl müttəfiqlərə də, özlərini müttəfiq, tərəfdaş kimi göstərib, üçlü, beşli oyun oynayanlara da, bulanıq suda balıq tutmaq istəyənlərə də cavab vardı…Xüsusilə, 44 günlük İkinci Vətən Müharibəsi zamanı “Dəmir Yumruq”la başı əzilmiş, məhv edilmiş düşmənə, murdar qonşularımıza, onların böhran, xaos içində vurnuxan, yaşayan faşist və terrorist, forpost dövlətinə, həm də onların qanlı və məkrli havadarlarına, revanşizm hissi ilə alışıb-yananlarına…Dövlət başçısı hansısa suala, məsələyə təkcə cavab vermir, münasibət bildirmir, həm də hər bir cümləsində, hər bir kəlməsində, hər bir cavabında mesajlar, verir, xəbərdarlıqlar edirdi…

“Mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. Otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı“-deyən dövlət başçısı bir daha Azərbaycanın bu məsələni, Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll etdiyini bildirərək, bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, noyabrın 10-da imzalanmış Bəyanat da bunu təsdiqləyir.

Bəli, artıq nə Dağlıq Qarabağ adlanan çoğrafi bölgə, idarəetmə strukturu var, nə Dağlıq Qarabağ münaqişəsi, nə cəbhə, nə təmas xətti var, nə status-kvo, nə də status var…Hamısı “Dəmir Yumruq”la yerlərbir edildi, hamısı gorbagor oldu, hamısı cəhənnəmə göndərildi…Bu gün artıq aranlı-dağlı Qarabağ, Qarabağlı Azərbaycan var…Artıq kimsə də bizi Qarabağdan, Qarabağımızdan ayıra, qorapa bilməz…Buna biz imkan vermərik, buna Müzəffər Ali Baş Komandan və onun Rəşadətli Ordusu, İgid Azərbaycan Əsgəri imkan verməz və verməyəcək! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır! Dünənki tarixi mətbuat könfransı, tarixi Dərs də bunun daha bir möhürü, təsdiqi oldu!“-deyə, E. Səlimov sonda bildirib.

“Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı yaxın tariximizin ən vacib siyasi hadisələrindən biridir. Bu konfransa yeni və daha güclü Azərbaycanın postmüharibə dövründə qalibiyyət manifesti, qələbə bəyannaməsi kimi yanaşa bilərik”.

Bunu isə digər millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Dövlət başçısı 20-dən artıq nüfuzlu xarici media nümayəndəsi vasitəsi ilə dünyaya şanlı qələbəmizin nəticələrini, bölgədə sülh və əməkdaşlıq niyyətimizi, eyni zamanda stabillik və ərazi bütövlüyümüz üçün istənilən təhdidə lazımi səviyyədə cavab verəcəyimizi, ən müasir standartlara uyğun ordu və hərbi sənaye quruculuğunun yeni mərhələyə qədəm qoyduğunu bəyan etdi.

Mətbuat konfransının tarixi də heç şübhəsiz təsadüfi seçilməyib. Prezident İlham Əliyev Xocalı faciəsinin 29-cu il dönümündə faciənin tarixi və hüquqi nəticələri ilə bağlı lakonik və təsirli məlumat verərək həm Azərbaycanın haqq səsini dünyaya çatdırdı, həm də faciə qurbanlarının qisasının döyüş meydanında alındığını elan etmiş oldu...”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu cinayətləri törədən cəlladlar öz layiqli cəzalarını alacaqlar…”-DEPUTAT

Read Next

“O tezislərə zaman-zaman yenidən müraciət olunacaq…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir