“Dövlət başçısının təşəbbüsnə böyük dəstək verilməsi ölkəmizin beynəlxalq birlikdəki nüfuzunun və çəkisinin növbəti etirafı, təsdiqidir”-MİLLƏT VƏKİLLƏRİ-RƏYLƏR

Dünyada yaşanan koronavirus bəlası ilə bağlı bir nömrəli beynəlxalq təşkilat olan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması yönündə ölkə Prezidenti cənab İlham Əliyevin tarixi təşəbbüsünün dəstəklənməsi Azərbaycanın növbəti diplomatik uğuru, ölkəmizə olan diqqətin və etimadın növbəti əyani təsdiqidir. BMT üzvü olan 130-dan çox dövlətinin bu təşəbbüsə dəstək verməsi, onu müsbət qarşılaması həm də Azərbaycanın nüfuzunun, çəkisinin etirafıdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov qeyd edib.

Bildirib ki, sədr ölkə kimi Azərbaycanın Türk Şurasının və BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəktatının uğurlu Zirvə görüşlərin videokonfranslar vasitəsi ilə reallaşdırmasından sonra, belə bir təşəbbüsün edilməsi, ortaya atılması məntiqi idi.

“Bildiyiniz kimi, hər iki Zirvə görüşü məhz ölkə Prezidentinin səyləri və təşəbbüsləri sayəsində baş tutmuş, yaxın dövrümüzün ictimai, siyasi, iqtisadi, sosial gündəminə öz möhürünü vurmuşdu. Azərbaycan dövlət başçısının simasında, timsalında bir daha bütövlükdə dünyaya göstərmiş və sübut etmişdi ki, ölkəmiz hansısa qurumun sıradan, formal üzvü deyil, ona formal sədrlik missiyasını yerinə yetirmir, əksinə, üzvü olduğu, sədrlik etdiyi istənilən quruma öz töhfələrini verir, mənəvi-maddi dəstəklərini göstərir. Özünüz də görürsünüz ki, ağır pandemiya şəraitinə baxmayaraq, Azərbaycan adları çəkilən iki qurumun, o cümlədən, BMT-nin üzvü olan 30-a yaxın ölkəyə və iki beynəlxalq quruma öz mənəvi-maddi dəstəyini ifadə edib. Bunu da ancaq güclü Azərbaycan, onun Lider rəhbəri cənab İlham Əliyev edə bilərdi. Bu baxımdan, hesab edirəm və inanıram ki, dövlət başçımızın bu təşəbbüsü yaxın dönəmdə BMT üzvü olan digər dövlətlər tərəfindən də dəstəklənəcək və dünyanı lərzəyə salan pandemiya ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutacaq, həmçinin, koronavirus bəlasının dünyamızdan, planetimizdən birdəfəlik yox olub getməsində önəmli qərarları ilə öz məqsədinə çatmış olacaq”-deyə, E. Səlimov sonra deyib.

Millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva da saytımıza açıqlamasında ölkə Prezidentinin məlum təşəbbüsünün geniş miqyasda dəstəklənməsini böyük hadisə və tarixi uğur adlandırıb.

Qeyd edib ki, bu, ağır pandemiya dövründə də uğurlarını davam etdirən ölkəmizin uğurlarına qatılan növbəti nailiyyəti, siyasi-diplomatik zəfəridir.

“Bu, hər birimizi sevindirir, qürurlandırır. Bu, ölkəmizin nüfuzunu, beynəlxalq aləmdəki rolunu, yerini bir daha təsdiqləyir. Bu, bir daha ölkəmizə beynəlxalq aləmdə, beynəlxalq birlikdə olan böyük etimadı, etibarı bütün açıqlığı ilə ortaya qoyur. Bu, onu göstərir ki, müstəqil Azərbaycan dünya birliyinin, beynəlxalq qurumların ən etibarlı tərəfdaşlarından, ən etibarlı üzvlərindəndir. Onu da deyim ki, Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. O ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər fərqli gücə, fərqli imkanlara malik və fərqli coğrafiyada yerləşən ökələr var. Bu məsələ ilə bağlı ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda, Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Çünki həqiqətən də, indiki dönəmdə belə bir xüsusi sessiyaya çox böyük ehtiyac duyulur. Belə bir sessiyanın baş tutması olduqca vacibdir və lazımlıdır. Bu sessiyanın keçirilməsi və orada önəmli, işlək mexanizmlərə malik qərarların verilməsi son aylar ümidsizləməkdə olan insanların, beynəlxalq ictimaiyyətin ümidlərinin yenidən dirçəlməsində və “gizli düşmən”in məhv edilməsində özünün mühüm rolunu oynaya bilər. İnanıram ki, belə də olacaq”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Vətəndaş olaraq hər birimiz öz məsuliyyətimizi anlamalı və qaydalara hamılıqla əməl etməliyik “-PƏRVİN KƏRİMZADƏ

Read Next

“Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı-necə ki, oldu”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir