Dövlət büdcəsinə dəyişikliklər edildi- PREZİDENTİN TAPŞIRIĞI İLƏ

Maliyyə naziri Samir Şərifov Milli Məclisin (MM) dekabrın 1-də keçirilən plenar iclasında  2018- ci ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı deputatlar tərəfindən səsləndirilmiş təkliflərə hökumətin mövqeyini açıqlayıb.

Etikxeber.az xəbər verir ki, nazir qeyd edib ki, ölkədə ehtiyac meyarının həddi 116 manatdan 130 manata çatdırılıb.

O, eyni zamanda qeyd edib ki, bu səbəbdən büdcədə xərclər üzrə bir sıra digər istiqamətlərdə dəyişiklik edilməsi zərurəti yaranıb.  Belə ki, MM-də qaldırılan məsələlər Prezidentə məruzə olunub:

“Buna görə də dövlət başçısının tapşırığına əsasən büdcə zərfinə düzəlişlər edilib. Məsələn, Prezidenin tapşırığı ilə anadangəlmə eşitmə və ürək qusurlu uşaqların müalicəsinə büdcədən  əlavə 4 milyon manat  vəsait ayrılacaq. Bu məsələ bir daha Səhiyyə və Maliyyə nazirlikləri ilə birlikdə dəqiqləşdiriləcək.  Həmçinin, siyasi partiyalara büdcədən əlavə 500 min manat pul ayrılaraq, ümumi məbləğ  3,1 milyon manata çatdırılıcaq.  QHT-lərə isə büdcədən əlavə  600 min manat ayrılaraq, məbləğin  5, 6 milyon manata çatdırılması təmin oluncaq.  Milli Məclisin xərcələr smetası da  1 milyon 200 min manat artırılacaq. Bununla yanaşı, Üzeyir Hacıbəyli  adına Simfonik Orkestrin bədii  heyətinə aid olan işçilər , Energetika Nazirliyi, Polşada açılacaq Ticarət Nümayəndəliyi üçün əlavə vəsait artırılacaq. Eyni zamaanda,  sahibsiz olan heyvanların müdafiəsi üç ün əlavə vəsait ayrılacaq. Bu da ümumilikdə 3,8 milyon manat təşkil edəcək. Təhsil Nazirliyinin “və sair”  bölməsində göstərilən xərclər 46 milyon manat dəyişdiriləcək. Nəticədə bu rəqəm  tələblərə verilən  təqaüdə yönəldiləcək. Beləliklə, təqaüd  xərcləri  70 milyona çatdırılacaq. Bu da tələbələrə verilmiş təqaüdlə bağlı anlaşılmazlığı aradan qaldıracaq”.

Nazirin çıxışından sonra  2018- ci ilin büdcə zərfi səsə qoyularaq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa…” – DEPUTAT

Read Next

“Dəstəkləyirəm, amma bir neçə sualım var…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir