“Dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?!” – DEPUTAT

Vahid Əhmədov: Ölkədə sığorta bazarı həddindən artıq zəifdir

Azərbaycanda sıgorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Yəni, istənilən obyektin- evdir, maşındır, əmlakdır və sair, bunların sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır. Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, çünki ortada böyük “haqqlar”dan, pullardan söhbət gedir:

“Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə hardasa 100-150 manat edir. Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, “Diqlas”la bağlı məsələdə məsuliyyəti dövlət öz üzəriunə götürdü. Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür. Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?! Ona görə də  bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır”.

Millət vəkili bu yerdə xüsusilə,  “Kənd təsərrüfatı əmlakının sığortalanması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyulduğunu söyləyib:

“Biz artıq həmin sənədin müzakirələrə gəlməsini gözləyirik, tələb edirik. Buna ciddi ehtiyac var. Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət böyükdür. Dövlət başçısı bu sahənin inkişafına ciddi diqqət yetirir, bu istiqamətdə bütün addımları atır. Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığorta olunmur və  nəticə etibarı ilə də insanlar əziyyət çəkirlər. Ona bu məsələsi ilə bağlı qanunvericilik aktının müzakirəsi və qəbul sürətləndirilməlidir. Eyni zamanda, bütün ticarət obyektləri hamısı sığorta olumalı və yalnız sığortalanandan sonra həmin obyektlər istifadəyə verməlidir. Sabah hansısa bir hadisə baş verəndə, fors-major situasiyalar yarananda onlar əlavə əziyyət çəkməsinlər, sığorta şirkətləri onlara kömək etsinlər”.

VAHİD-2

Sığorta bazarının durumuna gəlincə, millət vəkili burada da xeyli problemlərin yaşandığını söyləyib:

“Bir zamanlar vəziyyət lap pis idi. Sıgorta deyəndə fikirləşilirdi ki, yalnız maşınların sığortasından söhbət gedir. Amma sonradan biz “İcbari sığorta haqqında” qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortası ilə də bağlı qanunvericlik aktı qəbul etdik. Amma bu gün də hesab edirəm ki, bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissi olmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzən bütün məsuliyyəti dövlət öz üzərinə götürür. Axı, dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir? Hesab edirəm ki, bu, düzgün deyil və sığorta bazarı canlanmalı, güclənməlidir”.

Etikxeber.az

 

 

 

 

Read Previous

“Dəmir Anfield” dünyasını dəyişdi…

Read Next

Havanın temperaturu 26 dərəcəyə yüksələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir