Büdcənin icrası ilə bağlı sənəd qəbul olundu – SABAHKI İCLAS LƏĞV OLUNA BİLƏR

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi bütövlükdə qəbul olundu

İyunun 27-də Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə  49 məsələ daxil edilib.

İlk məsələ 2018-ci ilin dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşudur.

Qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.

Sonra qanun layihəsi səsə qoyularaq, üçüncü və sonuncu oxunuşda qəbul edilib.

Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəsinə minəcək.

meclis-4

Qeyd edək ki, spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Aydın Mirzəzadə İkinci Avropa Oyunlarından yazdı…

Read Next

Kərimli partiyaların, Ağamalı eks həmkarlarının adından hökumətə səsləndi… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir