Dövlət Duması Azərbaycan və Qırğızıstanda səyyar iclas keçirəcək

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.

Etikxeber.az-ın məlumatına görə, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub.

Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq.

Bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların Azərbaycan və Qırğızıstanda keçirilməsi planlaşdırılıb.

Etikxeber.az

Read Previous

“Formula-1” yarışlarının icraçı direktoru Berni Ekklstoun vəzifəsindən getdi…

Read Next

Britaniyada Van Qoq və Obama ilə “selfi” sərgisi- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir