Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlərlə görüşlər keçirəcək

Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlərlə görüşlər keçirəcək.

Etikxeber.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, artıq mərkəzin əməkdaşları fəaliyyətə başlayıb və müvafiq işlər görülür.

Qurumun oktyabrın 19-da dövlət qeydiyyatından keçdiyini qeyd edən M.Abbaszadə mərkəzin iki qurumun birləşməsi nəticəsində yarandığını xatırladıb:

“Yanvarın ilk həftəsində-ayın 5-dən sonra Dövlət İmtahan Mərkəzi valideyn və müəllimlər üçün görüşlər keçirəcək. Bu görüşlərdə valideynlər, müəllimlər IX siniflər üzrə buraxılış imtahanları ilə bağlı yeni qaydalar, onlara aydın olmayan məsələlərlə bağlı suallar verə biləcək. Vətəndaşlara internet vasitəsilə də xidmət göstəriləcək. Qurumun “facebook” səhifəsinə, info@tqdk.gov.az ünvanına elektron formada daxil olan müraciətlərin hamısı cavablandırılır və bu proses davam etdiriləcək”.

Etikxeber.az

Read Previous

“Kataklizmlər dünyanın bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi” – AZƏR BADAMOV

Read Next

Teleradio yayımçılarına lisenziyaların verilməsi MTRŞ-nın səlahiyyətlərinə daxil edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir