Dövlət Pantomima Teatrında “Katarsis” nümayiş olunacaq

Yanvarın 14 və 15-də Azərbaycan Dövlət Pantomima Teatrında “Katarsis” tamasası təqdim olunacaq.

Etikxeber.az xəbər verir ki, tamaşanın ssenari müəllifi Əməkdar Artist Nargilə Qəribovadır. Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Sənubər Səmədovaya, musiqi tərtibatı isə Nargilə Qəribovaya məxsusdur.

Qeyri-adi üslubda hazırlanan tamaşada dünya ilə insan münasibətlərinin yozumundan danışılır.

Xronometrajı 40 dəqiqə olan səhnə əsərində qəhrəmanların mənsur poetik parçalar şəklində təzahür edən daxili monoloqlarının növbə ilə səsləndirilməsi canlanır.

Qeyd edək ki, səhnə əsərinin premyerası 2013-cü ildə baş tutub.

Etikxeber.az

Read Previous

Vlodarçik 2016-cı ilin ən yaxşı idmançısıdır…

Read Next

Antarktidada nəhəng aysberq parçalana bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir