Dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyənləşdirilir – Məleykə Abbaszadə

“Hazırda dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyənləşdirilir, qiymətlər müzakirə olunur”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, bildirib ki, qəbul imtahanlarında iştirakla bağlı tariflər DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunub: “Hazırda sənədlər Tarif (qiymət) Şurasında təqdim olunmayıb. Lakin bu ay ərzində təqdim edilməsi nəzərdə tutulub”.

M. Abbaszadə qəbul imtahanında iştirak zamanı ödəniləcək konkret tarifi açıqlamasa da qeyd edib ki, indiyə qədər dövlət büdcəsindən hər bir şəxs üçün çəkilən xərc daxil olmaqla, onun üzərinə 18% əlavə dəyər vergisi gələcək: “Əlavə dəyər vergisi tətbiq olunmalıdır, çünki biz artıq dövlət orqanı yox, publik hüquqi şəxsik”.

DİM-in Direktorlar Şurasının sədri buraxılış imtahanlarında iştirakın pullu olmasına da münasibət bildirib: “Buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək. Hazırda büdcədən bu vəsaitin hansı formada bizə verilməsi müzakirə olunur”.

Etikxeber.az

Read Previous

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Read Next

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir