“Dövlət rüsumu haqqında” qanun dəyişdirildi…

Parlamentin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Etikxeber.az-ın məlumatına görə, dəyişiklik aqrar sığorta informasiya sistemindən məlumat əldə etməyə görə ödənişin tələb olunmamasını nəzərdə tutur.

Belə ki, mövcud qanunun 27-ci (Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar) maddəsinə edilən əlavəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatlarının (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunan digər məlumatlar), ünvanının, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquqların, hüquqların yüklülüyünün (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatların əldə olunması dövlət rüsumundan azaddır.

Qanun layihəsi müzakirələr açılmadan səsverməyə çıxarılaraq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İnsan alverinə qarşı hesabatın formatına yenidən baxmalıyıq” – SİYAVUŞ NOVRUZOV

Read Next

Xaricdən ekspertlərin dəvət edilməsinə ehtiyac yoxdur – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir