“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər plenar iclasa tövsiyə edilmədi

Bu gün Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsində yeni rüsum növü müəyyən olunub. Belə ki,  qanun  layihəsinə əlavə edilməsi təklif edilən 25-2-ci maddəyə əsasən, daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu müəyyənləşdirilib. Qanun layihəsi qəbul olunarsa, daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün 10 manat dövlət rüsumu alınacaq.

Bu qanun layihəsində konkretliyin olmadığını deyən millət vəkili Vahid Əhmədov və Cavid Qurbanov daşınar əşyaların siyahısının dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıb.

Ciddi müzakirələrə səbəb olan qanun layihəsi ilə bağlı əlavə araşdırma aparılacağından sənəd MM-in plenar iclasına tövsiyə edilməyib.

Etikxeber.az

Read Previous

Prezident: Özümüzü təqdim etmək üçün hələ çox işlər görməliyik

Read Next

Vergilər Naziriliyinə borclu şəxslərə qarşı sərt tədbirlər görmək səlahiyyəti verilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir