Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları-DƏYİŞİR…

Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları dəyişir.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülüb, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilib.

Dəyişikliyə əsasən, qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) artıq 25 faizi deyil, 18 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürüləcək, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödəniləcək.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan dövlətinin ali məqsədi bu dönəmdə siyasi mənsubiyyətinə görə kiməsə cəza vermək deyil…”-ZAHİD ORUC

Read Next

Yol hərəkəti və sosial sığorta ilə bağlı qanunlara-MÜHÜM DƏYİŞİKLİKLƏR… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir